İKT üzrə tədbirlər 47 faiz tam icra edilib (FOTO)

İKT üzrə tədbirlər 47 faiz tam icra edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb.

Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Trend-ə bildirib ki, adıçəkilən strateji yol xəritəsi üzrə icra səviyyəsi bir daha onu göstərir ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların müsbət təsirləri telekommunikasiya sektorunda davamlı inkişafı təmin edib.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilən tədbirlərin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 47 faizinin icrasının tamamlandığını, 28 faizinin qismən icra edildiyini, 25 faizinin isə icra edilmədiyini bildirib.

N.Əsədli həmçinin onu da əlavə edib ki, “2017-ci il ərzində “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsinin ilk hədəfi – İdarəetmə strukturlarının təkmilləşdirilməsi və İKT-nin gücləndirilməsi – üzrə tam icra 6 faiz, qismən icra 56 faiz səviyyəsində təmin olunub: "Bu hədəf üzrə telekommunikasiya sektorunda tənzimləyici qurumun yaradılması, telekommunikasiya bazarının liberallaşdırılması və mobil infrastruktura investisiyaların qoyuluşu istiqamətlərində 2017-ci il üçün nəzərdə tutulan tədbirlər həyata keçirilib. Telekommunikasiya sektorunda uğurlu nəticələr əldə edən ölkələrin təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqi imkanları ilə bağlı bir sıra araşdırmalar aparılıb. TASİM layihəsinin reallaşdırılması məqsədilə fəaliyyətlər davam etdirilib".

Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsində ikinci hədəf – Sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması üzrə icra səviyyəsi belə olub: 71 faiz tam icra, 17 faiz qismən icra və 12 faiz icra edilməyib. Ölkə iqtisadiyyatında yüksək nağdlaşmanı şərtləndirən fundamental amillərin geniş diaqnostikası, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin inkişafı məqsədilə beynəlxalq məsləhətçilər cəlb edilib. Rəqəmsal ödənişlər üzrə milli strategiya və cari ödəniş ekosistemi, nağd ödənişlərə təkan verən makro/mikro amillər, nağd puldan rəqəmsal ödənişlərə miqrasiya üzrə ümumi metodlar araşdırılmaqla, rəqəmsal ödənişlərin genişləndirilməsinə dair proqram, eGov 2.0 versiyasında mobil hökumət (mGov) konsepsiya layihəsi, “Hökumət Bulud”un (G-Cloud) yaradılması barədə layihə hazırlanıb. Rəqəmsal təhsilin inkişafı üzrə islahat istiqamətlərinin təhlili əsasında təhsil müəssisələrinin İKT infrastrukturunun inkişafı üzrə proqram layihəsi təqdim edilib. “Elektron məktəb” layihəsinə 50 təhsil müəssisəsi cəlb edilib. Layihə çərçivəsində pedaqoji heyətin hazırlığı, İKT infrastrukturunun inkişaf etdirilməsi, Elektron Məktəb İdarəetmə Proqramı və Valideyn Nəzarət Sistemi, elektron tədris resursları istiqamətləri üzrə tədbirlər həyata keçirilib. Tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi mexanizmləri ilə bağlı Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İKT akademiyalarının qurulmasına başlanılıb.

Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsində üçüncü hədəf – Hökumətin və sosial mühitin rəqəmsallaşdırılması üzrə tam icra 17 faiz, qismən icra 17 faiz olub, 66 faiz tədbir icra edilməyib.

Mərkəzi Bank “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2017-ci ildə nəzərdə tutulan tədbirlərin 100 faizini icra edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 75 faiz, Təhsil Nazirliyi 68 faiz, İqtisadiyyat Nazirliyi 65 faiz, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 52 faiz, Xarici İşlər Nazirliyi 50 faiz, Səhiyyə Nazirliyi 33 faizlik icra göstəricilərinə malikdirlər.

“Azərişıq” ASC sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır
“Azərişıq” ASC sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır
“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib (FOTO)
“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib (FOTO)
D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb
D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb
Loading Bars
Xəbər lenti
Ukraynada koronavirusa yoluxanların sayı artıb
"Yuventus" oyunçularla pandemiya zamanı maaşların azaldılması barədə razılaşıb
Çində koronavirusa yoluxanların sayı artıb
Tramp Nyu-Yorkda karantinin tətbiq edilməsini nəzərdən keçirir
ABŞ-da koronavirusa yoluxanların sayı 121 mini ötüb
Rüştü koronavirusa yoluxub
Fransada koronavirusdan ölənlərin sayı 2,3 mini ötüb
Türkiyə HHQ İraqın şimalında 8 terrorçunu zərərsizləşdirib
Belçikada koronavirusa yoluxanların sayı 9134 nəfərə çatıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 570 mini ötüb
İsveçrədə koronavirusa daha 1052 nəfər yoluxub
Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir
Bəhruz Quliyev: Öz həyatlarını risk altına ataraq, xəstələrə xidmət göstərən həkimlərimiz ən yüksək qiymətə layiqdirlər
İtaliyada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı min nəfəri ötüb
Alov Qüllələrində "Biz birlikdə güclüyük!", "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal Azərbaycan!" şüarları əks olunub (FOTO/VİDEO)
Prezident İlham Əliyev həkimləri alqışladı (VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir (FOTO)
Türkiyədə koronavirusdan ölənlərin sayı 108 nəfərə çatıb (FOTO)
Azərbaycan Prezidenti: Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq
Prezident İlham Əliyev: Bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar, ona görə də tədbirlər daha da sərtləşdiriləcək
Azərbaycan Prezidenti: Elə adam var ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik
UNEC rektoru: Distant ali təhsil: 3 addım
Prezident İlham Əliyev: Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz
Azərbaycan Prezidenti: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
Prezident İlham Əliyev: Hesab edirəm ki, icbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq
Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb (VİDEO)
Prezident İlham Əliyev: Əgər biz səhiyyə sahəsinə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi
Dövlət Komitəsi “Ailələrə zəng” aksiyasını davam etdirir (FOTO)
Azərbaycan Prezidenti: Koronavirus xəstələri hazırda ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir
Xüsusi karantin rejimini pozaraq Bakıya gələn şəxslər həbs edildi (FOTO)
Azərbaycanda daha 17 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi - Operativ Qərargah
YAP könüllüləri və ƏƏSMN-nin sosial işçiləri ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər (FOTO)
Karantin rejimində sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir
“Azərişıq” ASC sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır
Səməd Seyidov AŞ PA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
Xaçmazda xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir (FOTO)
Ailə TV tibb işçilərini təmənnasız TV və İnternetlə təmin edəcək
Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu
Polis postlarından yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq - YENİ QAYDA
Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı daha bir videoçarx hazırladı (VİDEO)
Bakıda elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət
Zamanında mühüm xidmət növü - AptekOnline.az! (VİDEO)
Birinci sinfə elektron qeydiyyata yenidən start verilir
Azəriqaz: Daha az işçi ilə maksimum iş imkanları səfərbər olunur
Quba polisi gücləndirilmiş iş rejimində çalışır (FOTO)
Təhsil Nazirliyi vətəndaş qəbulunu bu tarixədək dayandırdı
Daha bir qrup sənət adamı koronavirusla bağlı vətəndaşlara müraciət ediblər (VİDEO)
Ağcabədidə yük avtomobili yandı
Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb
DİN: Zaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanılıb
Tədrisi digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
AZAL #EVDƏQAL təşəbbüsü çərçivəsində yeni kampaniyaya start verir (FOTO)
TƏBİB-dən 6 yaşlı uşağın ölümü ilə bağlı rəsmi açıqlama
Bakıda mağazalardan oğurluq edən şəxs saxlanıldı
“Evdə qal” devizi altında aksiya davam etdirilir (FOTO)
Xaçmaz polisi karantin rejimi ilə bağlı gücləndirilmiş iş rejimində çalışır (FOTO)
Psixoloq: Klinik psixoloqların xalqa dəstək üçün videogörüntülər etməsi gözəl olardı
Qüdrət Həsənquliyev: Tofiq Yaqublu əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı hazırda onun həbsini siyasiləşdirənlərdir
İsmayıllı sakinindən qanunsuz ov tüfəngi götürüldü
“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib (FOTO)
AZAL yalnız yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edir
İranda ötən sutka koronavirus daşıyıcılarının sayı 3 mindən çox artıb
Gəncədə əhali COVİD-19 infeksiyası ilə bağlı maarifləndirilir (FOTO)
Azərbaycan şahmatçıları FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş edib (FOTO)
ABŞ koronavirusla mübarizə məqsədilə Azərbaycana 1,7 milyon dollar yardım ayırıb
Cəlilabadda karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq edildi (FOTO)
Sabah Bakıda 17 dərəcə isti olacaq
İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb
Bakıda qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldı
Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq
Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO
D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb
Ötən gün 25 cinayətin üstü “isti izlər”lə açılıb
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu
Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib
Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)
Şəkiyə giriş-çıxış məhdudlaşdırıldı (FOTO)
Sərdar Cəlaloğlu: Tofiq Yaqublunun davranışı qətiyyən müdafiə oluna bilməz
Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
“Azərenerji” strateji əhəmiyyətli müəssisələrdə qabaqlayıcı tədbirlər görür (VİDEO)
Qazaxa giriş-çıxış məhdudlaşdırılıb - RƏSMİ (VİDEO)
İranda koronavirusla əlaqədar ilk səyyar laboratoriya istismara verilib (FOTO)
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradıldı
Telekanallar milli filmləri nümayiş etdirəcək
Dənizçilər #evdəqal aksiyasına qoşulublar
İranda koronavirusla mübarizəyə böyük vəsait ayrılıb
SOCAR-ın prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub (FOTO)
ASAN mərkəzləri xüsusi iş rejimində işləyəcək
Sübut Əsədov: Tofiq Yaqublunun həbsini siyasiləşdirmək yolverilməzdir
Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılıb
"BakuBus"larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib (FOTO)
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyi qeyd olunur
“Könüllü DOST”lardan tənha yaşlılara əsl dost dəstəyi (FOTO)
“Beşinci kolon”dan ağaları da üz döndərir - "Politşou" təqdim edir (Videolayihə)
Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı
Qazax Sement Zavodu MMC rayondakı bütün tənha yaşlıları bir aylıq ərzaqla təmin edib (FOTO)
Atəşkəs 21 dəfə pozuldu
Bütün xəbərlər