...

Bank VTB İxracatçılar klubunun iclasında iştirak edib

İqtisadiyyat Materials 16 Avqust 2018 13:49 (UTC +04:00)
Bank VTB (Azərbaycan) İxracatçılar klubunun Azərbaycanın ticarət evlərinin fəaliyyətinə həsr olunmuş iclasında iştirak edib.
Bank VTB İxracatçılar klubunun iclasında iştirak edib

Bakı. Trend:

Avqustun 15-də Bank VTB (Azərbaycan) İxracatçılar klubunun Azərbaycanın ticarət evlərinin fəaliyyətinə həsr olunmuş iclasında iştirak edib. Tədbir çərçivəsində bankın mütəxəssisləri iştirakçı şirkətlərlə görüş keçirərək bir sira əməkdaşlıq məsələlərini müzakirə edib.

Tərəflər ticarət evlərinin Azərbaycan sahibkarlarına təqdim etdiyi şərtlərin müzakirəsinə xüsusi diqqət yetirib. Bu şərtlər ixracatçı şirkətlərin rəqabətqabiliyyətliyini artırmağa yönəlib və sərmayə mühitini yaxşılaşdırmağa imkan verəcək. Bank VTB (Azərbaycan) beynəlxalq qrupun bir hissəsi olaraq ixracatçı müştərilərə Rusiya və VTB-nin fəaliyyət göstərdiyi digər ölkələrdəki ticarət şəbəkələrinə birbaşa çıxış imkanı verir.

"Bu növ tədbirlər müxtəlif şirkətlərlə biznes əlaqələrini qurmaq üçün çöx əhəmiyyətlidir. VTB (Azərbaycan) ixracatçılara geniş spektr xidmətlər üzrə sərfəli şərtlər təklif edə bilər. Yaxın vaxtlarda biz onlar üçün xüsusi “Beynəlxalq faktorinq” məhsulunu tətbiq edəcəyik ki, hesablaşma zəncirini azaltmağa kömək edəcək və təchizatçılara qısa müddətdə məhsul üzrə pul vəsaitini almağa imkan verəcək. Belə olan halda alıcı biznesin inkişafı üçün əhəmiyyətli olan ödəniş möhlətindən məhrum olmayacaq” - deyə, VTB (Azərbaycan)-ın iri biznes üzrə idarəedici direktoru Tuxman İmamaliyev bildirib.

Hazırda Azərbaycan, Latviya, Belarus, Ukrayna və Rusiyada ticarət evlərinə malikdir. Bundan başqa, bu ilin sonuna kimi Rusiya ərazisində daha bir ticarət evinin açılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti