...

Bakıda 6 marşrut xətti müsabiqəyə çıxarıldı

İqtisadiyyat Materials 17 Avqust 2018 11:19 (UTC +04:00)
49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.
Bakıda 6 marşrut xətti müsabiqəyə çıxarıldı

Bakı. Elçin Mehdiyev - Trend:

49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında 49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətləri üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti