...

Altı marşrut xətti müsabiqəyə çıxarıldı

İqtisadiyyat Materials 10 Sentyabr 2018 09:59 (UTC +04:00)
1, 2, 18, 61, 147 və 217 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.
Altı marşrut xətti müsabiqəyə çıxarıldı

Bakı. Sami Əli - Trend:

1, 2, 18, 61, 147 və 217 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib.

Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb.

Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti