...

Bakıda "cib" tipli dayanacaq məntəqəsi (FOTO)

İqtisadiyyat Materials 10 Sentyabr 2018 17:36 (UTC +04:00)
Bakıda yeni “cib” tipli dayanacağın tikintisi yekunlaşıb.
Bakıda "cib" tipli dayanacaq məntəqəsi (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend

Bakıda yeni “cib” tipli dayanacağın tikintisi yekunlaşıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, ilk olaraq Yeni Salyan yolu 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində salınan dayanacağın tikinti işləri yekunlaşıb.

Məntəqədə pavilyon və məlumat lövhəsi də quraşdırılıb.

Qeyd edək ki, 45 ünvanda Azərbaycan dövlət tikinti normaları nəzərə alınaraq, “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb.

Nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti