...

Lənkəranda kələm sovkasına qarşı mübarizə tədbirləri başlayıb (FOTO)

İqtisadiyyat Materials 27 Sentyabr 2018 14:21 (UTC +04:00)
Lənkəran rayonu ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli sayılan zərərvericilərə və xəstəliklərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Lənkəranda kələm sovkasına qarşı mübarizə tədbirləri başlayıb (FOTO)

Bakı. Trend:

Lənkəran rayonu ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli sayılan zərərvericilərə və xəstəliklərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Bolədi, Xlmoli, Girdəni, Veravul, Vilvan, Separədi kəndlərini əhatə edən 32 hektar kələm sahəsində fitosanitar müşahidələr həyata keçirilib və 10 hektar sahənin kələm sovkası ilə sirayətləndiyi müəyyən olunub.

Xidmətdən Trend-ə verilən məlumata görə, Lənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssislərinin verdiyi tövsiyələr əsasında təsərrüfat subyektləri tərəfindən 6 hektar sahədə kimyəvi mübarizə tədbirləri başlayıb. Mübarizə zamanı Supermetrin tərkibli “Arivo” (200 qr/1 ha) və Primfos-metil tərkibli “Aktellik-K” (500 qr/1 ha) preparatlarından istifadə edilib.

Kələm sovkası bütün MDB ölkələrində, eləcə də Rusiyanın Sankt-Peterburq, Moskva, Pskov, Yaroslavl, Kostroma şəhərlərində yayılaraq əkin sahələrinə kütləvi zərər vurub. Azərbaycanda, əsasən də düzən, dağətəyi və dağlıq zonalarında 520 növ sovka yayılıb ki, onlardan 80 növü müxtəlif kənd təsərrüfatı bitkilərinə zərər verir. Quba-Xaçmaz bölgəsində mövcud olan 18 növ zərərli sovkanın 6 növü xaççiçəkli bitkilərə zərər verir.

Əkin sahələrinin adıçəkilən zərərverici ilə sirayətlənməsinin qarşısını almaq üçün şitillər erkən əkilməli, bitkiyə yaxşı qulluq edilməli və alaqlarla müntəzəm mübarizə aparılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti