...

Gömrük əməkdaşlarının attestasiyası keçirilir (FOTO)

İqtisadiyyat Materials 13 Oktyabr 2018 14:20 (UTC +04:00)
Dövlət Gömrük Komitəsində həyata keçirilən islahatlarının ikinci mərhələsi başlanıb.
Gömrük əməkdaşlarının attestasiyası keçirilir (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsində həyata keçirilən islahatlarının ikinci mərhələsi başlanıb.

Komitədən Trend-ə verilən məlumata görə, bu mərhələ çərçivəsində həyata keçiriləcək tədbirlərdən biri də gömrük orqanları əməkdaşlarının
mövcud potensialının, yəni bilik və bacarıqlarının müəyyən edilməsidir. Bu məqsədlə müvafiq qanunvericiliyə uyğun olaraq gömrük əməkdaşlarının attestasiyası keçirilir.

Oktyabrın 13-də bu məqsədlə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov çıxış edərək bildirib ki, dövlət müstəqilliyimizlə yaşıd olan ölkəmizin gömrük orqanları ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, yüksək idarəçilik qabiliyyəti sayəsində formalaşaraq qısa zaman
kəsiyində mühüm dövlət təsisatlarından birinə çevrilib və ulu öndər Heydər Əliyevin ideyalarının sadiq davamçısı Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi innovativ islahatlar gömrük orqanlarının da dinamik inkişafına şərait yaradıb. Qeyd edilib ki, bu ilin 2-ci rübündə gömrük orqanlarında başladılan islahatlarının birinci mərhələsi başa
çatıb və tətbiq edilən yeniliklər gömrük sisteminin daha da çevik şəkildə idarə edilməsini və modernləşməsini təmin edib. İslahatların birinci mərhələsinin nəticəsi olaraq şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı qətiyyətli mübarizə, sahibkarlıq mühitinin yaxşılaşdırılması,
maliyyə nəzarətinin effektli şəkildə həyata keçirilməsi, qaçaqmalçılıq hallarının qarşısının alınması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

İ.Hüseynov bildirib ki, qazanılan uğurlar bizi arxayınlaşdırmamalı, ölkəmizin sürətli iqtisadi inkişafının davamlılığını təmin edilməsi, tranzit potensialının gücləndirməsi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin maksimum
dərəcədə təmin olunması üçün daha da əzmlə çalışmalı, işimizi günün tələbləri səviyyəsində qurmalıyıq.

O da vurğulanıb ki, artiq islahatların ikinci mərhələsi başlanıb və bu mərhələdə əsas hədəflərdən biri də kadrların potensialının üzə çıxarılması və ondan düzgün istifadənin təmin edilməsidir. Bu məqsədlə keçirilən attestasiyanın nəticələri gömrük sistemində kadrların
düzgün seçilməsinə və yerləşdirilməsinə, vəzifəli şəxslərin cavabdeh olduğu sahəyə uyğunluğunun müəyyənləşməsinə imkan verəcək. Attestasiya həm də gömrük orqanları əməkdaşlarının peşə bilik və bacarıqlarının aşkar olunmasına, əməkdaşların potensialından
səmərəli şəkildə və uyğun olan sahədə istifadə olunmasına şərait yaradacaq.

Tədbirdən sonra attestasiya komissiyasının üzvlərinin iştirakı ilə gömrük əməkdaşlarının attestasiyasına start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti