...

Əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışların verilməsi qaydaları dəyişib

İqtisadiyyat Materials 19 Oktyabr 2018 10:01 (UTC +04:00)
Nazirlər Kabineti əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışların verilməsi qaydalarına dəyişiklik edib.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışların verilməsi qaydaları dəyişib

Bakı. Elçin Mehdiyev - Trend:

Nazirlər Kabineti əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışların verilməsi qaydalarına dəyişiklik edib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliklərə əsasən, “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına 2 nömrəli əlavə - “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 36-cı hissəsinin yeddinci abzasında “uşaq müəssisələrinə” sözləri “təhsil müəssisələrinə” sözləri ilə əvəz edilir.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 1-ci bölməsinin onuncu abzasının ikinci cümləsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilir.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə xidməti haqqında Əsasnamə”nin 23- cü hissəsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilir.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın “Qeydlər”inin 17-ci hissəsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilir.

“Büdcədən maliyyələşdirilən məktəbəqədər uşaq müəssisələrinin nümunəvi ştatı haqqında” Nazirlər Kabinetinin qərarında “uşaq müəssisələri” sözləri ismin müvafiq hallarında “təhsil müəssisələri” sözləri ilə əvəz edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti