...

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir (FOTO)

İqtisadiyyat Materials 15 Noyabr 2018 19:43 (UTC +04:00)
“Prowine China” sərgisi çərçivəsində yeni ixrac müqaviləsi imzalanıb.
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanda istehsal olunan şərab və digər spirtli içki məhsulları Çinin Şanxay şəhərində təşkil olunmuş “Prowine China” beynəlxalq şərab sərgisində nümayiş olunur.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, sahəsi 120 kvadrat metr olan vahid ölkə stendində təqdim olunan 120 çeşiddən çox şərab və digər spirtli içkilər sərgi ziyarətçiləri, xarici şirkətlər tərəfindən böyük maraqla qaşılanır.

Artıq “Azəri Şərab” şirkəti Çinin Şanxay şəhərində faəliyyət göstərən şirkətlə 3 mln. ABŞ dolları dəyərində spirtli içkilərin ixracına dair müqavilə bağlayıb. Azərbaycanın “A+Co”, “Cəlilabad Şərab-2”, “Tovuz Baltiya”, “Merit-Brand”, “Şərq Ulduzu”, “Aspi-Aqro”, “Gəncə Şərab-2”, ”Fireland” şirkətləri istehsal etdikləri məhsulların ixracına dair danışıqlar aparıb, ilkin razılıq əldə ediblər.

“Şirvan” şirkətinin istehsal etdiyi məhsullar Yaponiya və Çindən olan şirkətlərin marağına səbəb olub və artıq məhsulların bu ölkələrə ixracına dair ilkin razılığa gəlinib.

Qeyd edək ki, “Prowine China” beynəlxalq şərab sərgisi bu gün başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti