...

Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Moskvada informasiya texnologiyaları üzrə kursda iştirak edir (FOTO)

İqtisadiyyat Materials 28 Noyabr 2018 15:07 (UTC +04:00)

Bakı. Trend:

26-30 noyabr tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatının üzv-dövlətlərinin milli qurumlarının informasiya texnologiyaları sahəsində çalışan mütəxəssisləri üçün “Windows PowerShell ilə idarəçiliyin avtomatlaşdırılması” mövzusunda ixtisasartırma kursu keçirilir. Tədbirdə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin İnformasiya texnologiyaları və dərc şöbəsinin müdiri Elnur Müslümov da iştirak edir.

Agentlikdən Trend-ə verilən məlumata görə, Rusiyanın əlavə peşə təhsili qeyri-kommersiya "Softline Education" təşkilatının Tədris Mərkəzində təşkil edilən kursda "Windows Server"in idarəçiliyinin avtomatlaşdırılmasında "Windows PowerShell" komponentinin imkanlarının tətbiqinin fundamental bilikləri, serverlərdə müəyyən məsələlərin yerinə yetirilməsi üçün komandaların yaradılması təcrübəsi, konveyer işləmələri zamanı verilənlərin ötürülməsi, skriptlərin yazılması, şəbəkələrdə kompüterlərin idarəolunması və s. məsələlər haqqında məruzələr edilir, praktiki laboratoriya məşğələləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti