...

Şərqi Azərbaycanın bu rayonunda 1800 ton şəkər çuğunduru istehsal olunub

İqtisadiyyat Materials 2 Dekabr 2018 14:44 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

Ötən ildən başlayaraq ilk dəfə Səhənd su bəndinin aşağı hissələrində 35 hektar ərazidə şəkər çuğunduru əkilib. Həmin ərazilərdən Həştrud təsərrüfatçıları bu il 1800 ton şəkər çuğunduru götürüblər.

Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti Həştrud rayonunun Kənd Təsərrüfatı İdarəsinin direktoru Məcid Əhmədi deyib.

M.Əhmədi əlavə edib: "Rayonda istehsal olunan şəkər çuğundurunun şəkər əyarı orta hesabla 20-22% təyin olunub. Hər 1 kq şəkər çuğunduru 335 rial (təxminən 0,007 dollar) daşıma haqqı hesablanmaqla 3500 riala (təxminən 0,08 dollar) əkinçilərdən satın alınır".

Qeyd edək ki, Həştrud Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbrizin 120 km cənub-şərqində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti