...

UNEC-də audit keçiriləcək (FOTO)

İqtisadiyyat Materials 4 Dekabr 2018 17:35 (UTC +04:00)
UNEC-də Türk Standartları İnstitutunun auditorları tərəfindən Keyfiyyəti İdarəetmə Sisteminin (KİS) növbəti auditi keçiriləcək.
UNEC-də audit keçiriləcək (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

UNEC-də Türk Standartları İnstitutunun auditorları tərəfindən Keyfiyyəti İdarəetmə Sisteminin (KİS) növbəti auditi keçiriləcək.

Universitetdən Trend-ə verilən məlumata görə, bu məqsədlə UNEC-in müvafiq struktur bölmə rəhbərləri və nümayəndələrinin, eləcə də Türk Standartları İnstitutunun auditorlarının iştirakı ilə görüş keçirilib.

Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Anar Rzayev audit prosesi barədə iştirakçılara məlumat verib. Bildirib ki, UNEC-də ISO standartlarına uyğun olaraq, keyfiyyəti idarəetmə sisteminin təkmilləşdirilməsi, eyni zamanda bütün struktur bölmələri, mərkəz, fakültə və kafedralar üzrə bu istiqamətdə icra sənədlərinin auditi aparılacaq. Auditi UNEC-in KİS üzrə auditorlarından və struktur bölmə rəhbərlərindən ibarət işçi qrupu həyata keçirəcək. A.Rzayev əməkdaşları audit prosesində fəal olmağa dəvət edib.

UNEC Azərbaycanda ISO 9001:2008 KİS üzrə beynəlxalq sertifikatına layiq görülən ilk dövlət universitetidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti