Bakı. Trend:
Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan ölkələrin (OPEK+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclası Vyanada öz işinə başlayıb.
Trend-in məlumatına görə, iclasda neft bazarındakı son durum, OPEK+ ölkələri tərəfindən neft hasilatının həcmi kimi məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vyanadadır və dekabrın 7-də OPEK Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEK və qeyri-OPEK nazirlərinin 5-ci görüşünə qatılacaq.