...

Azərbaycanın Avrasiya Patent Təşkilatı ilə əməkdaşlıq perspektivləri müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 6 Dekabr 2018 15:16 (UTC +04:00)
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Avrasiya Patent Təşkilatının (APT) prezidenti Saule Tlevlessovanı qəbul edib.
Azərbaycanın Avrasiya Patent Təşkilatı ilə əməkdaşlıq perspektivləri müzakirə edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Avrasiya Patent Təşkilatının (APT) prezidenti Saule Tlevlessovanı qəbul edib.

Agentlikdən Trend-ə verilən məlumata görə, K.İmanov Prezident İlham Əliyevin tapşırığı ilə əqli mülkiyyət sahəsində ölkəmizdə aparılan geniş islahatların aparılmasını bildirib.

Agentliyin İdarə Heyətinin sədri Təhsil Nazirliyi və Ümümdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə həyata keçirdiyi “Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üzrə Milli Layihə” çərçivəsində görülən işlər, o cümlədən əqli mülkiyyətin kommresiyalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə qonağa məlumat verib. O, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə cari il dekabrın 18-də Cenevrədə ÜƏMT-nin mənzil-qərargahında “Azərbaycanda əqli mülkiyyətin inkişafı və onun regionda təsiri: innovativ və yüksək texnologiya startaplarının təqdimatı” adlı tədbir təşkil edəcəyini qeyd edib.

Kamran İmanov ölkəmizin namizədinin Avrasiya Patent İdarəsinin vitse-prezidenti vəzifəsinə təyin olunmasını xüsusi qeyd edib, bu təyinatın gələcək əməkdaşlığa yeni töhfə verəcəyini vurğulayıb.

Qəbul üçün təşəkkürünü bildirən Avrasiya Patent Təşkilatının prezidentini Saule Tlevlessova ölkəmizin əqli mülkiyyət sahəsində əldə etdiyi uğurlara şahid olduğunu nəzərə çatdırıb. O, Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının Düşənbə şəhərində keçirilən son iclası zamanı Azərbaycan Respublikasının xüsusi rəy və təklifləri nəzərə alınaraq təşkilatın üzv-dövlətləri ərazində sənaye nümunələrinin qorunmasına dair Protokolun ilkin mətninin qəbul olunmasını nəzərə çatdırıraraq ölkəmizin aktiv fəaliyyətinə görə minnətdarlığını bildirib.

Görüşdə əməkdaşlıq perspektivləri ətraflı müzakirə edilib, Azərbaycanın patent müvəkkillərinin APT-nın üzv-dövlətlərində aktivliyinin artırılması xüsusi qeyd olunub, onların onlayn təlimlərə qatılmaqla imtahan vermələri və APT-nın patent müvəkkili kimi fəaliyyət göstərmək imkanı vurğulanıb. Eyni zamanda, APT-nin ekspertləri tərəfindən elektron iddia sənəd sistemindən daha səmərəli istifadəsi üzrə Bakıda təlimin keçirilməsi haqqında razılıb əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti