...

Bakıdan Həştərxana uçuşlar həyata keçiriləcək - Mayın 16-dan

İqtisadiyyat Materials 15 Yanvar 2019 16:22 (UTC +04:00)
Mayın 16-dan başlayaraq Bakıdan Həştərxana uçuşlar həyata keçiriləcək
Bakıdan Həştərxana uçuşlar həyata keçiriləcək - Mayın 16-dan

Bakı. Trend:

Mayın 16-dan başlayaraq Bakıdan Həştərxana uçuşlar həyata keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə “Volqoqrad Beynəlxalq Aeroportu” Publik Səhmdar Cəmiyyətinin baş direktoru Sergey Dmitriyev öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, uçuşlar “BUTA Airways” şirkəti tərəfindən həyata keçiriləcək və biletin dəyəri 29 avro olacaq.

Uçuşlar bazar ertəsi və cümə axşamı günləri olacaq.

Xatırladaq ki, bir neçə il əvvəl Bakı-Həştərxan reysləri mövcud olsa da, marşrut rentabelli olmadığı üçün ləğv edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti