...

Deputat: Azərbaycanın azot gübrəsi idxalından asılılığı tam aradan qaldırılır

İqtisadiyyat Materials 16 Yanvar 2019 16:50 (UTC +04:00)
Azərbaycanın azot gübrəsi idxalından asılılığı tam aradan qaldırılır.
Deputat: Azərbaycanın azot gübrəsi idxalından asılılığı tam aradan qaldırılır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın azot gübrəsi idxalından asılılığı tam aradan qaldırılır. Bunu Trend-ə yanvarın 16-da “SOCAR karbamid” zavodunun açılışını şərh edən millət vəkili Tahir Mikişili deyib.

T.Mirkişili qeyd edib ki, zavodda illik təxminən 650 min ton karbamid gübrəsinin istehsalı nəzərdə tutulur. İstehsal olunan məhsulun illik dəyəri təxminən 210 milon ABŞ dolları olacaq: "Məhsulun təxminən 30%-nin daxili tələbatı tam ödəməsi və qalan 70%-nin “Made in Azerbaijan” brendi altında Türkiyəyə və dünya bazarlarına ixrac olunması planlaşdırılır".

Deputat vurğulayıb ki, daxili istehsal nəticəsində Azərbaycanın azot gübrəsi idxalından asılılığı tamamilə aradan qaldırılacaq, gübrə idxalı ilə bağlı xaricə maliyyə axınına son qoyulacaq, bununla da Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsi istiqamətində növbəti uğurlu addım atılacaq:

"Hesablamalara əsasən məhsulun ixracı nəticəsində ölkəyə illik təxminən 150-160 milyon ABŞ dolları gəlirin daxil olması gözlənilir. Bundan əlavə, Layihə Sumqayıt şəhərində əhalinin məşğulluq səviyyəsinə müsbət təsir göstərməklə sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Tikinti dövründə layihənin həyata keçirilməsinə təxminən 2200-3600 nəfər işçi qüvvəsi cəlb edilib. Zavodun istismarı dövründə isə təxminən 500 nəfərin daimi iş yerləri ilə təmin edilməsi nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti