...

Tibb müəssisələrində kadr sənədləşməsinin özəlliyi

İqtisadiyyat Materials 18 Yanvar 2019 16:48 (UTC +04:00)
Azərbaycanda hər bir sahə kimi səhiyyə sahəsində də çox böyük islahatlar aparılır.
Tibb müəssisələrində kadr sənədləşməsinin özəlliyi

Bakı. Trend:

Azərbaycanda hər bir sahə kimi səhiyyə sahəsində də çox böyük islahatlar aparılır.

Təbii ki, bütün bunlar tibb sahəsində kadr potensialını zənginləşdirməyi, eləcə də həkimlərin peşəkarlığının artırılmasını tələb edir. Son illər səhiyyədə, xüsusilə də özəl sektorda əldə olunan nailiyyətlər heç kəsə sirr deyil. 1993-cü ilin sonlarından etibarən səhiyyədə həyata keçirilən islahatlar nəticəsində özəl tibb mərkəzlərinin yaradılması və inkişafı ilə əlaqədar tədqiqatlar aparılmışdır. İnkişaf etmiş ölkələrin təcrübəsi öyrənilmiş, mövcud qanunvericilik bazası təkmilləşdirilmişdir.

Özəl tibbi xidmətlərin göstərilməsi üçün subyektlər arasında münasibətləri tənzimləmək məqsədi ilə 1999-cu il dekabrın 30-da “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bunlardan əlavə, Səhiyyə Nazirliyi tərəfindən son illərdə özəl tibb fəaliyyətinin müasir tələblərə cavab verən səviyyədə təşkili məqsədilə bir sıra normativ sənədlər hazırlanaraq təsdiq edilmişdir.

Tibb sektorunda uzun müddət kadr sənədləşməsi xidməti üzrə iş təcrübəmiz olduğundan və bu istiqamətdə Azərbaycanda ilk autsorsinq müəssisəsi olduğumuzu nəzərə alaraq, bizə tez-tez müxtəlif suallar ilə müraciət edirlər.

Kadr sənədləşməsi tibb ocaqlarının əsas istiqaməti olmadığından, bu işləri autsorsinq şirkətlərinə həvalə etmək məsləhətlidir. Autsorsinq xidmətləri bazarında ən böyük təcrübəyə malik olan şirkətlərdən biri “Business Service Centre” MMC-dir. Adətən, mühasiblərin diletant formada apardığı kadr sənədləşməsini, Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun şəkildə bizim müəssisəmizin peşəkar hüquqşünaslarından ibarət komandası yerinə yetirəcək.

Biz bu sahədə Sizə köməklik göstərməyə hazırıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti