...

Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası Bakıda keçiriləcək

İqtisadiyyat Materials 28 Yanvar 2019 18:54 (UTC +04:00)
Yanvarın 31-də Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası keçiriləcək.
Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası Bakıda keçiriləcək

Bakı. Trend:

Yanvarın 31-də Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası keçiriləcək.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 7-ci iclasından ötən dövrdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, növbəlilik prinsipi ilə hər iki ölkədə keçirilən İşçi Qrupunun sonuncu - 7-ci iclası 2017-ci ilin noyabrında Almaniyanın paytaxtı Berlində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti