...

Toyota 186 mindən çox avtomobili geri çağırdı

İqtisadiyyat Materials 28 Fevral 2019 10:00 (UTC +04:00)
"Toyota" şirkəti Çində 186 mindən çox avtomobili geri çağırıb
Toyota 186 mindən çox avtomobili geri çağırdı

Bakı. Trend:

"Toyota" şirkəti Çində 186 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar avtomobillərdə Yaponiyanın "Takata" şirkətinin istehsalı olan təhlükəsizlik yastıqlarının dəyişdirilməsi ilə əlaqədardır.

Qeyd olunur ki, "Takata"nın təhlükəsizlik yastıqları qəza zamanı həddən çox böyük qüvvə ilə açıla və sürücünü metal və plastik hissəciklərin zərbəsinə məruz qoya bilər.

Geri çağırılma 2014-cü ildən 2017-ci ilədək istehsal olunmuş "Corolla" və "Corolla EX" modellərinə şamil olunmur.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-da eyni səbəblə əlaqədar 1 milyondan çox "Toyota" geri çağırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti