...

Minsk-Bakı marşrutu ilə konteyner qatarı işə düşə bilər

İqtisadiyyat Materials 28 Fevral 2019 19:51 (UTC +04:00)
Belarus Azərbaycan və Rusiya ilə birgə Minsk-Bakı marşrutu ilə konteyner qatarının buraxılması üzərində işləyir
Minsk-Bakı marşrutu ilə konteyner qatarı işə düşə bilər

Bakı. Trend:

Belarus Azərbaycan və Rusiya ilə birgə Minsk-Bakı marşrutu ilə konteyner qatarının buraxılması üzərində işləyir.

Trend-in məlumatına görə, bu barədə “Belarus dəmir yolları” şirkəti bildirib.

Məlumatda qeyd olunur ki, şirkətin 2019-cu il üçün planları arasında əsas yeri Belarus müəssisələrinin məhsullarının ixracının artması üçün yeni layihələrin reallaşdırılması tutur:

“Bu məqsədlə “Şimal-Cənub” dəhlizinin inkişafı üçün “Belarus dəmir yolları” “Rusiya dəmir yolları” və “Azərbaycan dəmir yolları” ilə birgə Minsk-Bakı marşrutu ilə konteyner qatarının buraxılması layihəsi üzərində işləyir”.

Qeyd olunur ki, bu layihə yüklərin daşınma müddətini 7 günədək azaltmağa və Belarusda istehsal olunan məhsulların Azərbaycana rəqabətqabiliyyətli tariflərlə çatdırılmasına imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti