Bakı. Trend:
"Equinor" şirkəti Əşrəfi-Dan Ulduzu-Aypara (ƏDUA) kəşfiyyat sahəsində 2-Ölçülü/3-Ölçülü seysmik tədqiqat işlərinin operatoru olaraq Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantını təqdim etmək məqsədi ilə ictimaiyyət ilə açıq görüş keçirəcəkdir:
Tarix: 12 mart 2019-cu il
Vaxt: 10:00 – 13:00
Yer: HOLIDAY INN mehmanxanası, Bakı-1 iclas zalı
Ünvan: Bakı şəhəri, Kövkəb xanım Səfərəliyeva küçəsi 5, AZ 1010.
Görüşdə "Equinor" şirkəti tərəfindən təqdimatlar ediləcək və auditoriya üçün suallar verməyə və şərhlər bildirməyə imkan yaradılacaq.
Qeyd edək ki, 17 dekabr 2018-ci il tarixindən etibarən ƏMTQ sənədinin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda yerləşdirilib:
· "Equinor" şirkətinin Bakı ofisinin qəbul şöbəsi, Ü.Hacıbəyli küç., 62, Marine Plaza biznes mərkəzi
· M.F.Axundov adına Milli Kitabxana, Xaqani küç., 29
· Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, Hüseyn Cavid k., 31
· Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Əsaslı kitabxanası, Azadlıq prospekti, 20
· Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, B. Ağayev küç., 100a
· Pirallahı Kütləvi kitabxanası filial № 2, Suleyman Bağırov küç., V. Mustafazadə adına Pirallahi Mədəniyyət evi
· Neft Daşları kitabxanası, Neft Daşları Mədəniyyət evi
· Çilov adası, Rasim İbrahimov adına 131 saylı orta məktəb, Dmitri Kisilyov küç.,1
Bundan əlavə, Azərbaycan və ingilis dillərində sənədin tam layihə variantı və qısa xülasəsi Equinor-un veb səhifəsində (https://www.equinor.com/en/how-and-why/impact-assessments.html) yerləşdirilib.
Equinor şirkəti qeyd olunan sənədi müzakirə etmək üçün bütün maraqlı tərəfləri görüşdə iştirak etməyə dəvət edir.