...

AZAL: Bakıda təcili eniş edən Bəhreyn-Moskva reysinin sərnişinləri oteldə yerləşdiriləcək

İqtisadiyyat Materials 11 Mart 2019 20:58 (UTC +04:00)
Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili enən “Uralskiye Avialinii” aviaşirkətinə məxsus təyyarə Moskvaya martın 12-si səhər saatlarında yola düşəcək.
AZAL: Bakıda təcili eniş edən Bəhreyn-Moskva reysinin sərnişinləri oteldə yerləşdiriləcək

Bakı. Trend:

Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili enən "Uralskiye Avialinii" aviaşirkətinə məxsus təyyarə Moskvaya martın 12-si səhər saatlarında yola düşəcək.

Hava limanının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bəhreyn-Moskva reysinin sərnişinləri oteldə yerləşdiriləcək.

​Hava gəmisində partlayıcı qurğunun yerləşdirilməsi şübhəsi mövcud olduğuna görə Bakıda qəza enişi edən "Uralskiye Avialinii" aviaşirkətinin A321 təyyarəsinə hələlik mütəxəssislər tərəfindən baxış keçirilir.

​Xatırladaq ki, Bəhreyndən Moskvaya uçan "Uralskiye Avialinii" aviaşirkətinə məxsus təyyarə bazar ertəsi Bakı vaxtı ilə saat 14.56 dəqiqədə Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə enib. Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

​Təyyarədə, ekipaj üzvləri daxil olmaqla, 225 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti