...

"Uralskiye Avialinii" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində partlayıcı qurğu aşkarlanmayıb

İqtisadiyyat Materials 11 Mart 2019 23:17 (UTC +04:00)
Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili enən "Uralskiye Avialinii" aviaşirkətinə məxsus təyyarəyə baxış keçirilib, partlayıcı qurğu aşkarlanmayıb
"Uralskiye Avialinii" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində partlayıcı qurğu aşkarlanmayıb

Bakı. Trend:

Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili enən "Uralskiye Avialinii" aviaşirkətinə məxsus təyyarəyə baxış keçirilib, partlayıcı qurğu aşkarlanmayıb.

Trend-in məlumatına görə, bu barədə "TASS"a Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Mariya Osipova bildirib.

M.Osipova deyib: "Hava limanında olan RF səfirliyinin əməkdaşları bildiriblər ki, təyyarəyə keçirilən baxış demək olar ki, başa çatıb, partlayıcı qurğu aşkar edilməyib".

Onun sözlərinə görə, heyətin komandiri gecəni Bakıda qalmaq barədə qərar qəbul edib: "Təyyarə Moskvaya sabah günün ilk yarısında yola düşəcək".

Xəbər lenti

Xəbər lenti