...

Bayram günlərində Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

İqtisadiyyat Materials 18 Mart 2019 12:51 (UTC +04:00)
Bayram günlərində Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bayram günlərində Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı. Trend:

Bayram günlərində Dövlət Gömrük Komitəsi (DGK) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Komitədən Trend-ə verilən məlumata görə, DGK-nin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin sərəncamına əsasən qarşıdan gələn Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti