...

"Diqlas"dakı yanğından zərərçəkənlərin banklara olan borclarına güzəştlər tətbiq olunacaq

İqtisadiyyat Materials 3 Aprel 2019 13:36 (UTC +04:00)
Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü ilə yanğından zərər çəkmiş sahibkarların banklara olan borclarına güzəştlər tətbiq olunacaq
"Diqlas"dakı yanğından zərərçəkənlərin banklara olan borclarına güzəştlər tətbiq olunacaq

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü ilə yanğından zərər çəkmiş sahibkarların banklara olan borclarına güzəştlər tətbiq olunacaq.

Bu barədə Assosiasiyadan Trend-ə daxil olan məlumatda deyilir.

Belə ki, "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı zərər çəkmiş sahibkarların Azərbaycan Banklar Assosiasiyasının üzv bankları tərəfindən kreditlərinin restrukturizasiya olunması, hesablanmış cərimələrin (peniyaların) silinməsi, faizlərinin aşağı salınması, eləcə də onlara, müraciətləri əsasında, qaydalar çərçivəsində yeni kreditlərin verilməsi və bu tədbirlərin icrasına dərhal başlanılması ilə bağlı qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti