...

BVF missiyası Bakıya səfər edəcək

İqtisadiyyat Materials 8 Aprel 2019 13:27 (UTC +04:00)

Bakı. Sara İsrafilbəyova - Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası bu ilin yayında Bakıya səfər edəcək.

Bu barədə Trend-ə BVF-dən məlumat veriblər.

Məlumata əsasən, missiyaya Natalya Tamirisa rəhbərlik edəcək.

Nümayəndə heyəti ölkə hökuməti ilə iqtisadiyyat sahəsindəki son hadisələri müzakirə edəcək, bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Səfərin dəqiq vaxtı yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, Natalya Tamirisa bu ilin əvvəlində BVF-nin Azərbaycandakı missiyasının rəhbəri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti