...

AQTA sədri baytarlıq preparataları, yem və yem əlavələrinin idxalçıları ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 27 Aprel 2019 12:33 (UTC +04:00)
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) baytarlıq preparataları, yem və yem əlavələrinin idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
AQTA sədri baytarlıq preparataları, yem və yem əlavələrinin idxalçıları ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) baytarlıq preparataları, yem və yem əlavələrinin idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, tədbirdə AQTA sədri Qoşqar Təhməzli Agentlik tərəfindən bu istiqamətdə həyata keçrilən tədbirlərlə bağlı görüş iştirakçılarına geniş məlumat verib.

Q.Təhməzli idxal olunan baytarlıq preparatlarının, yem və yem əlavələrinin qida təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb və idxal olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsinin vacibliyini vurğulayıb. AQTA sədri sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin əsas prioritetlərdən olduğunu bildirib.

Qeyd olunub ki, ölkəmizə idxal olunan baytarlıq preparatları, yem və yem əlavələri ölkənin biotəhlükəsizlik sisteminin formalaşmasında mühum rol oynayır.

Görüşdə idxal prosedurlarının həyata keçirilməsi, dərman preparatlarının topdan və pərakəndə satışının təşkili, neqativ hallarla birgə mübarizə, dərman preparatlarının qeydiyyatı ilə bağlı məsələlər müzakirə olunub. Mövcud qaydaların optimallaşdırılması və proseslərin asanlaşdırılması istiqamətində sahibkarların fikirləri dinlənilib.

Sahibkarlara maarifləndirmə işinin təşkili, sahəyə peşəkar mütəxəssislərin cəlb olunması, bu istiqamətdə tədris materiallarının hazırlanması, sahibkarlıq subyektlərində çalışan əməkdaşlarının təlimlərə cəlb olunması ilə bağlı tövsiyələr verilib.

Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti