...

Hesablama Palatasının bu hüququ ləğv edildi

İqtisadiyyat Materials 17 May 2019 15:09 (UTC +04:00)
Azərbaycanda Hesablama Palatasının hüquqlarından biri ləğv edilir.
Hesablama Palatasının bu hüququ ləğv edildi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda Hesablama Palatasının hüquqlarından biri ləğv edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” qanuna dəyişikliklər əksini tapıb.

Hazırda Palatanın qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxma və inzibati tənbeh tətbiq etmə hüququ var.

Yeni dəyişikliklərdə isə bu hüquq ləğv edilir.

Qanuna dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti