...

“Sberbank" SOCAR-ın iddia etdiyi neft emalı zavodunun satışı ilə bağlı danışıqlar aparır

İqtisadiyyat Materials 27 May 2019 15:36 (UTC +04:00)
Rusiyanın “Sberbank” bankı Antipino neft emalı zavodunun satışı ilə bağlı potensial investorlarla danışıqlar aparır
“Sberbank" SOCAR-ın iddia etdiyi neft emalı zavodunun satışı ilə bağlı danışıqlar aparır

Bakı. Sara İsrafilbəyova - Trend:

Rusiyanın “Sberbank” bankı Antipino neft emalı zavodunun satışı ilə bağlı potensial investorlarla danışıqlar aparır.

Trend-in məlumatına görə, bankın rəhbəri German Qref zavodun səhmlərinin 80 faizdən çoxunun bank tərəfindən alındığını və hazırda potensial investorlarla danışıqların getdiyini bildirib.

O bildirib ki, zavod yalnız bu sahədə böyük iş təcrübəsinə malik şirkətlərə satılacaq.

Qeyd edək ki, bir müddət əvvəl SOCAR-ın Antipino NEZ-in satın alınmasında maraqlı olduğu barədə məlumatlar yayılmışdı. Şirkətdən Trend-ə verilən müsahibədə həmin zavodun alınması ilə bağlı investisiya planının olmadığı açıqlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti