...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “yaşıl” elektrik stansiyası yaradılacaq

İqtisadiyyat Materials 5 İyun 2019 08:00 (UTC +04:00)
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “yaşıl” elektrik stansiyasının quraşdırılması üçün hazırlıq işləri aparılır
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “yaşıl” elektrik stansiyası yaradılacaq

Bakı. Rövşən Hüseynov - Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında "yaşıl" elektrik stansiyasının quraşdırılması üçün hazırlıq işləri aparılır.

Trend-in məlumatına görə, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nəzdində "Azəralternativenerji" MMC-nin sədri Aqşin Bəkirzadə deyib.

Onun sözlərinə görə, hazırda limanda küləyin gücünün ölçüləri aparılır. Bu işlər altı aydan bir ilədək davam edə bilər, bundan sonra küləyin gücü nəzərə alınmaqla uyğun parametrlərlə stansiya quraşdırılacaq:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanında "yaşıl" elektrik stansiyasının yaradılması qısamüddətli layihə deyil, bunun üçün çox vaxt tələb olunacaq. İlk növbədə limanda müşahidə stansiyası quraşdırılacaq. Elektrik stansiyasının yaradılması üzrə rəylər hazırlanacaq. Hələlik işlər başa çatacağı vaxt barədə dəqiq məlumat vermək çətindir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti