...

JARA Beynəlxalq Musiqi Festivalı Xırdalanın dəstəyi ilə davam edir

İqtisadiyyat Materials 26 İyul 2019 17:17 (UTC +04:00)
Azərbaycanın №1 pivə brendi olan "Xırdalan"ın sponsorluğu ilə JARA Beynəlxalq Musiqi Festivalı davam edir.
JARA Beynəlxalq Musiqi Festivalı Xırdalanın dəstəyi ilə davam edir

Bakı. Trend:

İyulun 25-də başlayan festival iki gün daha davam edəcək. İyulun 27-də və 28-də keçirilən konsertlər 2000-ci illərdin hitlərinə və “Z-nəslinə” həsr ediləcək. Qeyd edilən tarixlərdə musiqi çartlarının birinciləri ilə yanaşı, sizi həm də Xırdalan brendindən sürprizlər gözləyir.

Azərbaycanın №1 pivə brendi olan Xırdalanın sponsorluğu ilə JARA Beynəlxalq Musiqi Festivalı davam edir. 1999-cu ildə ilk dəfə istehsalına başlandığı andan brend Azərbaycanda böyük şöhrət qazanaraq, günümüzdə çox sayda istehlakçının seçiminə çevrilmişdir. “Açıq” Xırdalan pivəsi yalnız həmvətənlərimiz tərəfindən deyil, həm də turistlər arasında da çox məşhurdur.

Carlsberg Group-un bir hissəsi olan Carlsberg Azerbaijan, hər kəsi eksklüziv musiqi şousuna qoşulmağa və kampaniyanın qabaqcıl brendi olan Xırdalan laqerinin dadından zövq almağa dəvət edir.

Carlsberg Azerbaijan pivə zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər və 400-ə yaxın vasitəçi işləyir (distribütorlar, agentliklər, podratçılar). Zavodun inkişafında istifadə edilən investisiyaların ümumi həcmi 50 milyon manat təşkil edir. Şirkətin məhsul portfelinə Xirdalan, Tuborg, Балтика 7, Балтика 0, Балтика 9, Baltika 4, Балтика КУЛЕР, Efsane, Carlsberg, Kronenbourg Blanc, Seth&Riley's Garage kimi məşhur brendlər daxildir.

Carlsberg Group 1847-ci ildə yararaq hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı, Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşir. Carlsberg Groupun fabrikləri dünyanın üç nəhəng regionu olan Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində təmsil edilmişdir. Həmçinin, şirkətin istehsal etdiyi məhsullar 150 ölkədə mövcuddur. Şirkət portfelinə 140-dan çox pivə markası daxildir. Qrup işçilərinin ümumi sayı 42 000-dən çoxdur.

Carlsberg Azerbaijan ilə əlaqə:

Carlsberg Azerbaijan MMC-nin Korporativ ünsiyyətlər üzrə böyük mütəxəssisi

Lalə Əfəndi

Mob: +994 50 286 76 64

[email protected]

www.carlsbergazerbaijan.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti