...

Bakının iki qəsəbəsində su olmayacaq

İqtisadiyyat Materials 26 Avqust 2019 10:43 (UTC +04:00)
Qaraçuxur qəsəbəsinə və Suraxanı qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bakının iki qəsəbəsində su olmayacaq

Bakı. Trend:

“+ 98 Qaraçuxur” su anbarında aparılan yenidənqurma işləri ilə əlaqədar avqustun 26-da gün ərzində Qaraçuxur qəsəbəsinə və Suraxanı qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Trend-ə “Azərsu” ASC-dən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti