...

Sığortaçıda rəhbər vəzifəyə təyinat üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

İqtisadiyyat Materials 3 Sentyabr 2019 10:32 (UTC +04:00)
Lisenziya və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.
Sığortaçıda rəhbər vəzifəyə təyinat üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

Bakı. Trend:

29 və 30 avqust 2019-cu il tarixlərində sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.

Palatadan Trend-ə bildirilib ki, nəticələrə əsasən, attestasiyada iştirak edən namizədlərdən 4 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

SİYAHI

Məqalədə:
Xəbər lenti

Xəbər lenti