...

Gecə paytaxtın bu hissəsində hərəkət məhdudlaşdırılacaq

İqtisadiyyat Materials 4 Sentyabr 2019 16:59 (UTC +04:00)
Təmir işləri aparılacaq.
Gecə paytaxtın bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı. Samir Əli - Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gecə saat 00:00-dan başlayaraq səhər saat 05:00-dək Azadlıq prospektinin Məsud Davudoğlu küçəsi ilə kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, bu üzdən sözügedən hissədə qeyd olunan müddət ərzində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək qısa müddətlik narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti