...

Bakı, Gəncə və bir neçə rayonda qaz olmayacaq

İqtisadiyyat Materials 6 Sentyabr 2019 10:45 (UTC +04:00)
Bu gün saat 09:00-dan 18:00-a qədər aşkar edilmiş qaz sızmalarının ləğvi məqsədilə Gəncə şəhərinin bir hissəsi, Göygöl və Samux rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb.
Bakı, Gəncə və bir neçə rayonda qaz olmayacaq

Bakı. Samir Əli - Trend:

Bu gün saat 09:00-dan 18:00-a qədər aşkar edilmiş qaz sızmalarının ləğvi məqsədilə Gəncə şəhərinin bir hissəsi, Göygöl və Samux rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bundan başqa saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Mərdəkan Bağlar yaşayış sahəsi, Mərdəkan yeni yaşayış massivi, “Stansiya Qala” adlanan yerdə də qaz verilişində fasilələr başlayıb. Bu zaman “Qaz İxrac” İdarəsinin “Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərinin bir hissəsi dayaqlar üzərinə qaldırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti