...

Ölkədə 7,35 min hektar sahədə şəkər çuğunduru əkilib

İqtisadiyyat Materials 1 Oktyabr 2019 19:07 (UTC +04:00)
Bu il Azərbaycanda 7,35 min hektar sahədə şəkər çuğunduru əkilib.
Ölkədə 7,35 min hektar sahədə şəkər çuğunduru əkilib

Bakı. Samir Əli - Trend:

Bu il Azərbaycanda 7,35 min hektar sahədə şəkər çuğunduru əkilib.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, ötən illə müqayisədə bu il şəkər çuğunduru az əkilib:

"2018-ci illə müqayisədə bu il şəkər çuğundurunun sahəsi 14,5 faiz az olub. 2018-ci ildə 299,4 min ton şəkər çuğunduru istehsal edilib, ölkə üzrə orta məhsuldarlıq hektara 349,8 sentner olub. Bu ilin 7 ayı ərzində isə ölkə üzrə 5,4 min ton şəkər çuğunduru yığılıb. Hazırda şəkər çuğundurunun yığımı davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti