...

Topaz tərəfindən texniki problemlərin həlli ilə bağlı müraciət (18+) (VİDEO)

İqtisadiyyat Materials 21 Oktyabr 2019 14:30 (UTC +04:00)
Azərbaycanın yeganə rəsmi bukmeyker şirkəti olan "Topaz" yaranan texniki problemlərlə bağlı mediaya müraciət edib.
Topaz tərəfindən texniki problemlərin həlli ilə bağlı müraciət (18+) (VİDEO)

Bakı. Trend:

Azərbaycanın yeganə rəsmi bukmeyker şirkəti olan "Topaz" yaranan texniki problemlərlə bağlı mediaya müraciət edib.

Topaz bildirib ki, sistem texnologiyalarının müvəqqəti nasazlığı ilə bağlı bəzi texniki problemlər yaşanmışdır. Onlar operativ şəkildə aradan qaldırılsa da narazıçılığa səbəb olmuşlar.

Məsələyə aydınlıq gətirmək üçün Topaz hər hansı bir texniki qüsurlar yarandığı halda məsuliyyəti üzərinə götürdüyünü təsdiq edir.

Bunu Trend-ə “Caspiantech” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Ruslan Ağayev bildirib.

“Bütün yazılan kuponlar MBNP tərəfindən təsdiqlənmiş qiymətli kağız sayıldığına görə dövlət tərəfindən təmin olunur, o üzdən Topaz narahatçılıq üçün heç bir səbəb olmadığına və bütün ödənişlərin həyata keçiriləcəyinə zəmanət verir.

Gələcəkdə hər hansı bir texniki problem yaşanarsa, biletlər manual şəkildə dəyərləndiriləcək və mərc oyunları qaydalarına əsasən bütün uduşlar ödəniləcək”.

“Topaz" yaranan narahatçılığa görə üzr istəyir və problemin ən qısa vaxtda aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.

"Caspiantech" QSC (daha öncə "Azərinteltek" QSC olmuşdur) Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib və ticarət nişanı olan "TOPAZ" 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. "TOPAZ" markası yarandığı dövrdən bu zamanadək bir çox layihələr üzərində çalışaraq Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafına layiqli töhfələr verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti