...

“AccessBank” tibbi siğorta xidmətləri üzrə tender elan edir

İqtisadiyyat Materials 29 Noyabr 2019 19:55 (UTC +04:00)

Bakı. Trend:

AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.

Bankın yaydığı elanda deyilir ki, tender AccessBank-ın işçilərinin tibbi siğortası xidmətləri üzrə elan olunub.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər.

Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2019-cu il dekabr 12-də başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti