...

Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb

İqtisadiyyat Materials 13 Dekabr 2019 09:14 (UTC +04:00)
2019-cu ilin üçüncü rübündə Azərbaycan turistlərinin Gürcüstanda xərcləri adambaşına 524,5 lari (180 dollara yaxın) təşkil edib
Azərbaycanlı turistlərin Gürcüstanda xərcləri artıb

Bakı. Tamilla Məmmədova - Trend:

2019-cu ilin üçüncü rübündə Azərbaycan turistlərinin Gürcüstanda xərcləri adambaşına 524,5 lari (180 dollara yaxın) təşkil edib.

Trend bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatına istinadən məlumat verir.

Rüblük müqayisədə azərbaycanlı turistlərin xərcləri 26 faiz artıb.

Üçüncü rüb ərzində Gürcüstanda daha çox Rusiya (adambaşına 1 323 lari) və Türkiyə vətəndaşları (adambaşına 816 lari) vəsait xərcləyib.

Ümumilikdə hesabat dövründə turistlər Gürcüstanda 3,3 milyard lari (1,1 milyard dollardan çox) xərcləyib.

2019-cu ilin üçüncü rübündə Azərbaycandan Gürcüstana 547 114 səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz çoxdur.

Həmin turistlərdən 7,8 faizi Gürcüstana ilk dəfə, 92,2 faizi təkrarən səfər edib.

Azərbaycanlı turistlərin Gürcüstanda qalma müddəti ortalama 2-3 gün təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti