...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 24 Dekabr 2019 23:45 (UTC +04:00)
Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 23-də 67,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel azdır.
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 23-də 67,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,63 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,84 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti