...

Toyota 3,4 milyon avtomobili geri çağıracaq

İqtisadiyyat Materials 22 Yanvar 2020 05:48 (UTC +04:00)
Yaponiyanın ən böyük avtomobil istehsalçısı Toyota təhlükəsizlik problemləri səbəbindən dünya üzrə 3,4 milyon avtomobilini geri çağıracaq
Toyota 3,4 milyon avtomobili geri çağıracaq

Bakı. Trend:

Yaponiyanın ən böyük avtomobil istehsalçısı Toyota təhlükəsizlik problemləri səbəbindən dünya üzrə 3,4 milyon avtomobilini geri çağıracaq.

Trend-in məlumatına görə, bu qərara səbəb təhlükəsizlik yastıqlarının qəza vəziyyətində açıla bilməməsi və ya tam açılmaması ilə əlaqədar texniki nasazlıqdır.

Bildirilir ki, ən çox avtomobil ABŞ-da geri çağırılacaq - 2,9 milyon.

Qeyd olunur ki, geri çağırılmalı modellər Corolla (2011-2019-cu il buraxılışı), Matrix (2011-2013), Avalon və Avalon Hybrid (2013-2018) olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti