Bakı. Elnur Bağışov - Trend:
İranla Azərbaycan arasında əlaqələr ən yüksək səviyyədədir.
Trend-in mәlumatına görә, bunu İranın Azәrbaycandakı sәfiri Cavad Cahangirzadә İran İslam İnqilabının qәlәbәsinin 41 illiyinә hәsr olunmuş ziyafәtdә deyib.
C.Cahangirzadәnin sözlәrinә görә, iki ölkə arasında imzalanmış çoxsaylı müqavilələr, müxtəlif iqtisadi, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrdə icra olunan birgə layihələr, o cümlədən bütün region üçün böyük əhəmiyyət kəsb edən Şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi münasibətlərin inkişaf potensialını təsdiq edir:
"İran İslam Respublikası bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istəyir, Azərbaycana gəldikdə isə biz mümkün olan ən yüksək əlaqələri arzu edirik. Birgə dini, mədəni və tarixi bağları nəzərə alaraq İranla Azərbaycanın qardaşlığı və dostluğu əbədidir. Prezident İlham Əliyev və Prezident Həsən Ruhaninin səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın möhkəm dayağıdır.
İranla Azərbaycanın əlaqələrinin güclənməsini və inkişaf etdiyini sübut edən göstəricilər saysız-hesabsızdır. İran Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir və bu fakt iki xalqın bir-birinə olan qardaşlıq sevgisinin təzahürüdür, həmçinin iki ölkənin rəsmi şəxslərinin çoxsaylı qarşılıqlı səfərləri və böyük həcmdə ticarət əlaqələri ölkələrimiz arasında olan yüksək münasibətin göstəriciləridir".