...

İxracatçılara “Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması”ndan danışılıb (FOTO)

İqtisadiyyat Materials 21 Fevral 2020 12:21 (UTC +04:00)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması” mövzusunda maarifləndirici təlim keçirilib.
İxracatçılara “Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması”ndan danışılıb (FOTO)

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Rəqabətqabiliyyətli və ixracyönümlü biznes planın hazırlanması” mövzusunda maarifləndirici təlim keçirilib.

Mərkəzdən Trend-ə bildirilib ki, təlimi giriş sözü ilə açan “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə qeyd edib ki, mütəmadi belə tədbirlərin keçirilməsində məqsəd buxracatçı sahibkarlara ölkədə aparılan iqtisadi islahatlar, ixrac prosedurlarında olan yeniliklər haqqında, o cümlədən, yerli məhsulların xarici bazarlara çıxarılması, ixracın stimullaşdırılması və sadələşdirilməsi barədə məlumat verməkdir.

“Onevision Business Solutions” şirkətinin direktoru Cavid Abasov tərəfindən aparılan təlim zamanı rəqabətqabiliyyətli məhsulun formalaşdırılması, ixrac üçün yaradılan mühitdən yararlanma, həvəsləndirici proqnozlara uyğun işlərin təşkili, qlobal və hədəf bazar strategiyası, markalanma siyasəti və effektiv ixracat planı mövzularına toxunulub. Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təlimin sonunda iştirakçılar “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti