...

Ləki-Qəbələ dəmir yolunun tikintisinə görə alman mütəxəssislər dəvət edilib (FOTO)

İqtisadiyyat Materials 12 Mart 2020 14:26 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC-də Ləki-Qəbələ birxətli dəmir yolu layihəsinin icrası ilə bağlı görülən işlərin gedişatı müzakirə olunub.
Ləki-Qəbələ dəmir yolunun tikintisinə görə alman mütəxəssislər dəvət edilib (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-də Ləki-Qəbələ birxətli dəmir yolu layihəsinin icrası ilə bağlı görülən işlərin gedişatı müzakirə olunub.

QSC-dən Trend-ə verilən məlumata görə, iclasda layihənin icrasına cəlb edilən şirkətlərin nümayəndələri və mütəxəssislər iştirak ediblər.

Cəmiyyətin sədr müavini Zaman Novruzov deyib ki, dövlət əsaslı vəsait hesabına həyata keçirilən layihənin icrasına 2018-ci ildən başlanılıb. O, tikinti-quraşdırma işlərinin icra vəziyyəti ilə bağlı qonaqlara məlumat verib və bildirib ki, dəmir yolunun torpaq yatağı və üst quruluşu, eləcə də körpülərin tikintisi ilə bağlı mühüm işlər yerinə yetirilib. Tikinti işlərinin daha keyfiyyətli aparılmasına nəzarəti gücləndirmək məqsədi ilə QSC Almaniyadan mütəxəssislər dəvət edib. Alman mütəxəssislər müstəqil audit qismində layihənin torpaq yatağının tikintisi ilə tanış olacaqlar.

İclasda Ləki-Qəbələ birxətli dəmir yolu layihəsinin icrası ilə bağlı təqdimat keçirilib.

Təqdimatla tanışlıqdan sonra alman mütəxəssislərin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti