...

Surixdə “Bir kəmər Bir yol” forumu keçiriləcək

İqtisadiyyat Materials 19 Mart 2020 13:24 (UTC +04:00)
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyindəb Trend-ə verilən məlumata görə, ölkəmizin də qoşulduğu “Bir Kəmər, Bir Yol” beynəlxalq səfirlik tərəfindən mütəmadi əsasda işlər aparılır və silsilə tədbirlər həyata keçirilir.
Surixdə “Bir kəmər Bir yol” forumu keçiriləcək

Bakı. Trend:

Surixdə “Bir kəmər Bir yol” forumu keçiriləcək.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizin də qoşulduğu “Bir Kəmər, Bir Yol” beynəlxalq səfirlik tərəfindən mütəmadi əsasda işlər aparılır və silsilə tədbirlər həyata keçirilir.

İsveçrə-MDB Birgə Ticarət Palatasının direktoru Dorit Sallis və “Switzerland Global Enterprise” təşkilatının MDB regionu üzrə baş məsləhətçisi Mixael Kühn keçirilən görüşlərdə səfir Xanım İbrahimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkəmizə daha çox xarici investisiyaların cəlbi istiqamətində iqtisadi tədbirlərin davam etdirildiyini söyləyib. O bildirib ki, Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəmizi transformasiya etməyə kömək edib, Azərbaycana yatırılan böyük həcmdə sərmayələr ölkəmizi müasirləşdirməyə və müasir infrastrukturun, o cümlədən nəqliyyat sahəsində infrastrukturun yaradılmasına töhfə verib.

Səfir Xanım İbrahimova “Bir Kəmər, Bir Yol” beynəlxalq əməkdaşlıq təşəbbüsü ilə bağlı danışaraq layihənin yalnız nəqliyyat bağlılığını təmin etmədiyini, onun həmçinin, müxtəlif ölkələr arasında əlaqələri gücləndirdiyini, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyini və beynəlxalq ticarət üçün yeni imkanlar yaratdığını vurğulayıb.

Səfir ölkəmizin bir neçə nəqliyyat dəhlizlərinin qovşağında mərkəz rolunu oynamaq üçün bütün lazımi infrastruktura malik olduğunu qeyd edərək həyata keçirilən “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin sayəsində Azərbaycanın Asiya ilə Avropa arasındakı ticarətdə ən qısa məsafəni təmin etmək iqtidarında olduğunu söyləyib.

Bundan əlavə, səfir Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, yeni salınmış avtomobil yolları və hava limanları barədə ətraflı məlumat verib.

Keçirilən görüşlərin nəticəsi olaraq cari ilin sentyabr ayında Sürix şəhərində keçiriləcək “Yeni İpək Yolu” strategiyasına həsr olunmuş 5-ci Forum çərçivəsində Səfirliyin təşkilatçılığı, həmçinin İsveçrə-MDB Birgə Ticarət Palatası və “Switzerland Global Enterprise” təşkilatı ilə birgə Azərbaycanın mühüm infrastruktur layihələri ilə bağlı tədbirin keçirilməsi təşəbbüsü ilə bağlı qərar qəbul edilib.

Həmsöhbətlər adıçəkilən təşəbbüsün İsveçrə-Azərbaycan əlaqələri nöqteyi-nəzərindən vacibliyini qeyd edib və “Bir Kəmər, Bir Yol” beynəlxalq əməkdaşlıq layihəsi çərçivəsində Azərbaycanın rolu ilə bağlı tədbirə İsveçrənin aidiyyəti qurumlarının cəlb olunması razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti