...

Azərbaycanda son üç ayda avtomobil istehsalı artıb

İqtisadiyyat Materials 18 Aprel 2020 13:57 (UTC +04:00)
Azərbaycanda son üç ayda avtomobil istehsalı artıb

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 112,0 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,7 faiz artıb.

Yanvar-mart aylarında 672 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı isə 42,4 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti