...

Paytaxtın bu yollarında xətlənmə işləri aparılacaq

İqtisadiyyat Materials 15 May 2020 15:39 (UTC +04:00)
Paytaxtın bu yollarında xətlənmə işləri aparılacaq

Bakı. Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 16-26 may tarixləri arasında Zağulba prospekti, Mərdəkan şossesi və Heydər Əliyev prospektində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə məlumat verilib.

Agentlik bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti