...

Pandemiya Azərbaycana gələn turistlərin sayında ciddi azalmaya səbəb olub

İqtisadiyyat Materials 22 İyun 2020 16:21 (UTC +04:00)
2020-ci ilin yanvar-may aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 563,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Pandemiya Azərbaycana gələn turistlərin sayında ciddi azalmaya səbəb olub

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ilin yanvar-may aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 563,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Trend-in məlumatına görə, bu dövrdə ölkəmizə gələnlərin 30,2 faizi Rusiya Federasiyası, 27,3 faizi Gürcüstan, 13,2 faizi Türkiyə, 6,7 faizi İran, 2,2 faizi Hindistan, hər birindən 2,1 faiz olmaqla Səudiyyə Ərəbistanı və Ukrayna,1,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,3 faiz olmaqla Pakistan, Küveyt və Qazaxıstan, 1,1 faizi Türkmənistan, hər birindən 0,9 faiz olmaqla İraq və Böyük Britaniya, 0,8 faizi Özbəkistan, 0,7 faizi İsrail, 6,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 75,1 faizini kişilər, 24,9 faizini qadınlar təşkil edib.

Cari ilin yanvar-may aylarında Çindən gələnlərin sayı 5,5 dəfə, Cənubi Koreyadan - 4,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 4,1 dəfə, Polşadan - 3,8 dəfə, Yaponiyadan - 3,7 dəfə, Böyük Britaniyadan - 3,5 dəfə, Kanadadan və İsraildən - 3,3 dəfə, Macarıstandan - 3,2 dəfə, ABŞ-dan və Fransadan - 3,1 dəfə, Almaniyadan və Niderlanddan - 3,0 dəfə, İtaliyadan - 2,9 dəfə, Malayziyadan və Türkmənistandan - 2,7 dəfə azalıb.

Ümumilikdə, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,4 dəfə azalaraq 16,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,2 dəfə azalaraq 75,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə azalaraq 205,4 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 66,9 faizi dəmir yolu və avtomobil, 31,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti