...

Fuad Nağıyev: Azərbaycanda turizm dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir

İqtisadiyyat Materials 24 İyun 2020 10:23 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Turizm iqtisadiyyatın əsas sahələrindən biri kimi post-pandemiya dövrü üçün Azərbaycanda daha çox dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir.

Trend-in məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Turizm Nazirlərinin 5-ci iclasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

F.Nağıyev Azərbaycanda ilk gündən pandemiya ilə mübarizə çərçivəsində iqtisadi stabilliyin saxlanılması və iqtisadiyyata dəyən zərərin minimuma endirilməsi üçün addımların atıldığını söyləyib.

F.Nağıyev, həmçinin turizm sahəsində sahibkarlara verilən dəstək proqramları, Azərbcaycanda ilk növbədə daxili turizmin bərpa olunması, ümumilikdə turizmin mərhələli şəkildə bərpa edilməsinin planlaşdırılması, Dövlət Turizm Agentliyi tərəfindən 2020-2023-cü illəri əhatə edəcək ortamüddətli inkişaf strategiyasının hazırlanması haqqında məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti