...

Şahmar Mövsümov: Zərər çəkən sahələrin siyahısına dəyişiklik nəzərdə tutulur

İqtisadiyyat Materials 3 İyul 2020 18:34 (UTC +04:00)
Şahmar Mövsümov: Zərər çəkən sahələrin siyahısına dəyişiklik nəzərdə tutulur

Bakı. Asif Mehman - Trend:

İlk növbədə zərər çəkmiş sahələrə dəstəklər göstərildi. Növbəti mərhələdə də bu dəstək davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, zərər çəkən sahələrin siyahısına dəyişiklik nəzərdə tutulur, çünki bu proses davam edir və bu istiqamətlərdə pandemiya ilə əlaqədar zərərçəkən sektorların siyahısına yenidən baxılmasına ehtiyac var. Bu istiqamətdə işlər aparılır. Pandemiya davam edir, zərər çəkən sahələr də müəyyənləşdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti